20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Tərlan Əhmədov: "Mövsümün əvvəlində gəlsəydim fərqli futbol görərdiniz"

Topaz Premyer Liqasının V turu çərçivəsində evdə “Zirə”dən alınan 1:2 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov matçsonrası mətbuat konfransı keçirib.
 
Futbolxeber.az xəbər verir ki, yetirmələrindən razı qaldığını gizlətmədi...
 
-    Komandanın oyunundan çox razı qaldım. Hücum futbolu oynamaq istədik. Buraxdığımız 2 səhv acı nətivə verdi. Arxada qalan 5 gün xətlərarası əlaqələrin bir qədər yaxşılaşmasına imkan verdi. Uşaqların əzmkarlığı məni sevindirdi. Beş günə nə fiziki, nə də taktiki cəhətdən bütün problemləri aradan qaldırmaq mümkün deyil. Görüləsi işlərimiz çoxdu.
 
-    İnqilab Məmmədovla nə barədə söhbət edirdiniz?
 
-    Ona dedim ki, Əliyar Ağayevə desin ki, imkan versin futbol oynamağa. Qırmızı vərəqə? Heç bir etirazım yoxdu.
 
-    Necə düşünürsünüz, Ramin Musayev milli komandanın oyunları ilə bağlı yaranan fasilədə klub rəhbərliyinə sizi tövsiyə etsəydi, bu gün fərqli nəticə alınardımı?
 
-    Mövsümün əvvəlində gəlsəydim fərqli futbol görərdiniz. Burda yalnız Rəşad Sadiqovu mən gətirmişəm. Mövsümün əvvəlindən gəlsəydim, bu komandanı tərk edən oyunçular getməzdilər və bizimlə olardılar. Ancaq mənim bura gəlməyimi tək Ramin Musayev deyil, mətbuat da istəyirdi.
 
-    Komandanın fiziki hazırlığını qabardırsınız. Bu sahədə məşqçi axtarırsınız?
 
-    Bəli, axtarıram. Bəziləri işləyir, bəzilərinin məvacib tələbləri yüksəkdi.
 
-    Fanatlara yaxınlaşdınız. Onlarla nə haqda söhbət etdiniz?
 
-    Çərşənbə axşamı və ya çərşənbə günü onlarla görüşümüz olacaq. Onlarla münasibətlərimiz nə qədər yaxşı olsa, bir o qədər yaxşı olar.
 
-    Baş məşqçi təyin olduğunuz gün Ruslan Qurbanov “Neftçi” formasında şəkil paylaşdı... Ümumiyyətlə, qışda istədiyiniz komandanı formalaşdırmağa rəhbərlik imkan yaradacaqmı?
 
-     Komandanı söküb yığmaq fikrində deyiləm. Müqaviləsi bitəcək bəzi futbolçularla yolumuzu davam etdirmək istəyərdik.
 
-    Konkret kimləri buraxmazdınız?
 
-    Nə Cavid İmamverdiyev, nə Araz Abdullayev, nə də Elşən Abdullayev komandanı tərk etməzdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30