25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Konte: "Qarabağ"la oyun bizim üçün ideal başlanğıc oldu"

“Bu, bizim üçün ideal başlanğıc oldu. Qrupun ilk oyununda çoxlu qol vurduq və qapımızı toxunulmaz saxladıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan (6:0) sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis futbolçularından ayrı-ayrılıqdan razılığını bildirib: “Komandamda xeyli müsbət məqamların şahidi oldum. Futbolçular oyuna əla köklənmişdi. Davide Zappakosta çox yaxşı oynadı. Eden Azar ən yaxşı formasına qayıtmaq üzrədir. Andreas Kristensen kimi oyunçulara da şans vermək çox vacibdir".

Konte Davide Zappakostanın cinahdan birbaşa “Qarabağ”ın qapısına vurduğu qol barədə də danışıb: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə endirmək yox, qapı qarşısına ötürmə etmək olub. Ancaq o zərbə qolla nəticələndi. Bizim üçün də əsas olan qoldur”.

Konte artıq “Arsenal”la Premyer Liqadakı oyunları haqda düşünməli olduqlarını bildirib:“İndi biz davam etməliyik. Sabah istirahət etdib, sonra “Arsenal”la keçirəcəyimiz çətin qarşılaşma haqda düşünməliyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30