19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

FİFA-dan təzminat tələb olunur

Cənubi Afrika yığmasının Seneqalla matçını təxirə salan FİFA təzminat ödəyə bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə rəqib üzərində 2:1 hesablı qələbə qazanan Cənubi Afrika Futbol Assosiasiyası tələblə çıxış edib.
 
Qarşılaşmanın yenidən keçirilməsinə etiraz etməyən meydan sahibləri çəkdikləri xərclərin geri qaytarılmasını tələb ediblər: “Seneqal üzərində 2:1 hesablı qələbə qazandığımız görüşün yenidən keçirilməsinə etiraz edilməyəcək. Amma maddi zərərimiz üçün təzminat tələb etmək haqqımız var. Qanalı hakim Jozef Lamti FİFA Hakimlər Komitəsi tərəfindən təyin olunub. 2010-cu ildə Afrika Çempionlar Liqasının yarımfinal matçında əllə oynayaraq vurulan qolu hesaba alan və Afrika Futbol Konfederasiyası tərəfindən cəza alan hakim bu görüşə təyin olunduğu üçün məsuliyyəti FİFA daşıyır”.
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən il noyabrın 12-də keçirilmiş Cənubi Afrika – Seneqal (2:1) qarşılaşmasında birincilər qollardan birini hakimin kobud səhvi nəticəsində vurmuşdular. FİFA ötən həftə matçın nəticəsini ləğv edərək, komandaların noyabrda yenidən üz-üzə gəlmələrini qərara alıb.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30