29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

ÇL-də iştirak edən klubların ümumi dəyəri açıqlanıb

2017/2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətindəki futbolçuların ümumi dəyəri açıqlanıb.
 
Futbolxeber.az saytı xəbər verir ki, bu məbləğ 9,3 milyard avro təşkil edir.
 
Turnirin ən dəyərli komandası İspaniya təmsilçisi “Real Madrid”dir. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu “Barselona”dır - 706,5 milyon avro. 1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi “Qarabağ”la birgə yer alan İngiltərə çempionu “Çelsi” siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.
 
Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya “Maribor”unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.
 
Türkiyə təmsilçisi “Beşiktaş” 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa “Monako”su 252,9 milyon, Almaniyanın “Leyptsiq” komandası 189 milyon, Portuqaliyanın “Portu” kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdir.
 
ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan “Barselona”nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur. Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur.
İkinci sıradakı “Real Madrid”in futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir.
 
2017/2018 mövsümünün 8 qrupunun ümumi dəyəri aşağıda kimidir:
 
A qrupu: "Benfika" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Bazel" (İsveçrə), MOİK (Rusiya) - 860,4 milyon avro
B qrupu: "Bavariya" (Almaniya), PSJ (Fransa), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya) - 1,25 milyard avro
C qrupu: "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya), "Roma" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN) - 1,46 milyard avro
D qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Sportinq" (Portuqaliya) - 1,47 milyard avro
E qrupu: "Spartak" (Rusiya), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə), "Maribor" (Sloveniya) - 800,6 milyon avro
F qrupu: "Şaxtyor" (Ukrayna), "Mançester Siti" (İngiltərə), "Napoli" (İtaliya), "Feyenoord" (Hollandiya) - 1,13 milyard avro
G qrupu: "Monako" (Fransa), "Portu" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Leyptsiq" (Almaniya) - 744 milyon avro
H qrupu: "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Tottenhem" (İngiltərə), APOEL (Kipr) - 1,64 milyard avro

report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31