20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

UEFA “Qarabağ”ın problemli futbolçularının adlarını açıqladı

UEFA bu gün öz saytında dərc etdiyi maraqlı yazısı ilə diqqət çəkib.
 
Futbolxeber.az-ın məlumatına görə, qitə futbol qurumu ingilis şərhçilərlə mübarizə aparmaq qərarına gəlib.
 
Söhbət çətin tələffüz olunan futbolçu adlarını şikəst edən şərhçilərdən gedir. UEFA bütün komandaların heyətində olan problem yarada bilən ad-soyadlı oyunçuların siyahısını tərtib edib. Qurumun ekspertləri şərhçilərə həmin futbolçuları necə tələffüz etməkdə məsləhət verib.
 
Siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb. Təmsilçimizlə bağlı bölümdə əksər adların çətinlik yarada biləcəyi vurğulanıb: “Bu komandada əksər oyunçuların adının tələffüzü problemli ola bilər. Klubun adını “Kara-bach” kimi tələffüz etmək olar. İngilis şərhçilər Yakub Jezniçakın soyadındakı “R” hərfini oxumamalıdı”.
 
UEFA iki oyunçu – İbrahim Şehiç və Yakub Jezniçakı daha çətin soyadlı futbolçu hesab edib. Bu üzdən onların necə səsləndirməyi də nümunə göstərib. İngilislərə bu oyunçuların ad-soyadını “Şey-iç” və “Ya-kub Jez-ni-çak” kimi hecalara bölmək tövsiyə olunub.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30