20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Lempard “Çelsi”yə qayıtdı

Əfsanəvi futbolçu Frenk Lempard yenidən “Çelsi”yə xidmət edəcək.
 
Futbolxeber.az saytı xəbər verir ki, sabiq yarımmüdafiəçi London klubuna qayıdıb.
 
“Çelsi”nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Lempard “zadəganlar”ın U-18 komandasının baş məşqçisi Codi Morrisin köməkçisi təyin olunub. O, rəhbərliklə görüşündə belə bir istəyinin olduğunu bildirib və qarşı tərəfin razılığını alıb. Lempard yeni işinin icrasına artıq start verib.
 
Futbolçu kimi “Vest Hem”, “Suonsi”, “Mançester Siti” və “Nyu York Siti” klublarında da çıxış etmiş Lempardın əsas karyerası “Çelsi” ilə bağlı olub. O, 2001-2014-cü illərdə şərəfini qoruduğu “zadəganlar”ın heyətində 648 oyunda 211 qola imza atıb.
 
Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda mübarizə aparacaq.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30