24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Xarici futbol

DÇ-2026 üçün Amerika qitəsinin 41 şəhəri

Futbol üzrə 2026-cı il dünya çempionatına ev sahibliyi etmək üçün birgə namizəd olan ABŞ, Meksika və Kanadanın ümumilikdə 41 şəhəri oyunları keçirməyə hazırdır.
 
Futbolxeber.az saytının məlumatına görə, bunlardan 32-si ABŞ, 6-sı Kanada, 3-ü isə Meksikadandır. Lakin yekunda 12 şəhərdən 25 stadion seçiləcək və 2018-ci ilin martında rəsmi sifariş formasında FİFA-ya təqdim olunacaq.
 
2026-cı ildə ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq və ümumilikdə 80 matç keçiriləcək. Bunlardan 48-i qrup, 32-si isə “pley-off” mərhələsində olacaq. Razılaşmaya əsasən, 60 oyun ABŞ-da, 10 görüş isə Kanada və Meksikada baş tutacaq.
 
Qeyd edək ki, 2026-cı il dünya çempionatının təşkili üçün digər namizəd Mərakeşdir. Ev sahibinin adı 2018-ci ilin iyununda Moskvada təşkil olunacaq FİFA-nın Konqresində açıqlana bilər. Bunun üçün namizədlərin proqramı Konqresi qane etməlidir. Əks halda, qalib 2020-ci ildə bəlli olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30