19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Hakim səhvinə görə DÇ matçı yenidən oynanılacaq

Futbol üzrə 2018-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsinin CAR - Seneqal qarşılaşması hakim ədalətsizliyi ilə əlaqədar yenidən oynanılacaq. 
 
Futbolxeber.az saytının məlumatına görə, görüş 2016-cı ilin noyabrında CAR-ın Polokvan şəhərində keçirilib və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Baş hakim Cozef Lempti matçın nəticəsinə təsir etdiyi üçün bu ilin martında FİFA-nın qərarı ilə ömürlük diskvalifikasiya edilib. Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcək. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq. 
 
Seneqal və CAR D qrupunda Burkina-Faso və Kabo-Verde yığmaları ilə birgə yer alıb. Dörd turdan sonra seneqallılar 3-cü, CAR isə 4-cü pillədə qərarlaşıb. Dünya çempionatında iştirak hüququnu ilk 2 yerin sahibləri əldə edəcəklər. 
 
Qeyd edək ki, "Qarabağ"ın cənubi afrikalı legioneri Dini Ndlovu nəticəsi ləğv olunan oyunda iştirak etməyib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30