19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Eden Azar: "Çempionlar Liqasının yeri başqadır"

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"nn futbolçusu Eden Azar açıqlama verib.
 
Futbolxeber.az xəbər verir ki, Belçika millisinin yarımmüdafiəçi "Marca"ya açıqlamasında Çempionlar Liqasını qazanmağı hədəflədiklərini bildirib:
 
"Bütün turnirlərin qalibi olmaq istəyirəm. Ancaq mənim üçün Çempionlar Liqasının yeri başqadır. Heç vaxt bu yarışın qalibi olmamışam. Dörd il əvvəl biz yarımfinala qədər irəlilədik. Ancaq bu dəfə minumum finalda oynamağı, maksimum isə ÇL-in qalibi olmaq istəyirəm".
 
Azar Çempionlar Liqasının son qalibi "Real"ı yenə də favorit hesab edir:
 
"Məncə, "Real"  hazırda dünyanın ən güclü komandasıdır. Onlar bütün mükafatları qazanırlar. Əla futbolçuları və məşqçiləri var. Hazırda ÇL-in qalibi olmaq çox çətindir. "Real" bu turnirin favoritidir". 
 
Xatırladaq ki, “Çelsi” Çempionlar Liqasının qrupunda ilk oyununu sentyabrın 12-də doöma meydanında təmsilçimiz “Qarabağ”a qarşı keçirəcək.

sportal.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30