29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

DÇ-2018-in 8-ci iştirakçısı müəyyənləşdi

Səudiyyə Ərəbistanının milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib.
 
Futbolxeber.az-ın məlumatına görə, ərəblər Asiya zonasından mundiala qatılacaq son komanda olub. 
 
Bert van Marveykin baş məşqçi olduğu kollektiv həlledici turda Yaponiyaya 1:0 hesabı ilə qalib gəlib və Avstraliyanı top fərqində keçib. "Yaşıl qitə" komandası isə DÇ-2018-ə vəsiqə uğrunda "pley-off" matçlarında Suriya ilə üz-üzə gələcək. 
 
Qeyd edək ki, daha əvvəl Asiya zonasından İran, Yaponiya və Cənubi Koreya milliləri mundialda iştirak hüququna yiyələnib. Digər 4 komanda isə təşkilatçı Rusiya ilə yanaşı, Braziliya, Meksika və Belçikadır. Dünya çempionatında ümumilikdə 32 ölkə yığması çıxış edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31