29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Roma”nın futbolçusu Türkiyə klubuna keçdi

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Futbolxeber.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Roma” klubunun fransalı futbolçusu Vilyam Venkeri heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Antalya klubu 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb. Fransız futbolçu yeni klubunda 19 nömrəli formanı geyinəcək.
 
Venker karyerası ərzində “Nant”, “Dinamo” (Moskva), “Standard”, “Roma” kimi klubların şərəfni qoruyub. 2015-ci ildən “canavarlar”ın üzvü olan dayaq yarımmüdafiəçisi ötən mövsümü icarə əsasında Fransanın “Olimpik” (Marsel) klubunda keçirib.
 
Xatırladaq ki, “Roma” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31