23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Messi ilə yeni müqavilə imzalanıb”

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə yeni müqavilə imzalayıb.
 
Futbolxeber.az xəbər verir ki, bu barədə sport.es saytına müsahibəsində Kataloniya təmsilçinin prezidenti Xosep Mariya Bartomeu bildirib.
 
Onun sözlərinə görə, sözləşməyə imza hüququna malik olan 30 yaşlı hücumçunun atası qol çəkib. M.Bartomeu deyib ki, Messi Argentina millisinin düşərgəsindən qayıtdıqdan sonra rəsmi fotosessiya edəcəklər: “Müqavilə razılaşdırılıb və imzalanıb. Üç sözləşmə mövcuddur. Biri Messi Fondu ilədir, hansı ki, fondun prezidenti və qardaşı tərəfindən imzalanıb. Leonun şəkillərindən istifadə ilə bağlı razılaşma mövcuddur. Bu sənədə futbolçunun şirkətinin administratoru olan atası qol çəkib. Nəhayət, əmək müqaviləsi var. Bu anlaşmanı da futbolçunun imza hüququna malik olan atası imzalayıb. Leo millinin düşərgəsindən qayıtdıqdan sonra rəsmi fotosessiya edəcəyik. Müqavilə iyunun 30-da - Messinin toyu zamanı imzalanıb. Ona görə də heç bir problem yoxdur”.
 
Qeyd edək ki, iyunda tərəflər müqavilə müddətinin 2021-ci ilədək uzadılmasına dair razılıq əldə etmişdilər. Lakin son vaxtlar xarici KİV-lərdə argentinalı futbolçunun klubun transfer siyasətindən narazı olduğu üçün 30 iyun 2018-ci ilə qədər olan mövcud sözləşməsinin müddətini uzatmaq istəmədiyinə dair xəbərlər yer almaqdadır.

report


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30