20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Azərbaycan və Almaniya ilə oyunlarda 2 xal pis nəticə sayılar”

“Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm kəsb edir”.
 
Futbolxeber.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.
 
Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanla, ayın 4-də isə Almaniya ilə üz-üzə gələcək.
 
Norveç mətbuatına açıqlama verən Laqerbek bu oyunlar haqda danışıb. 69 yaşlı mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib: “Ümidsiz deyiləm. Başa düşürəm ki, qələbə qazanmaq lazımdı. Qalib ruhunu formalaşdırmaq üçün bunu etməliyik. Futbolçular qələbə qazananda inkişaf edirlər. Amma arxı keçmədən “hop” demək olmaz. Sadəcə, iki oyunda 2 xal qazanmaq bizim üçün pis nəticə sayılar”.
 
İsveçli çalışdırıcı komandasında ab-havanın yaxşı olduğunu əlavə edib. O, futbolçuların həm Azərbaycan, həm də Almaniya ilə görüşlərə böyük önəm verdiklərini vurğulayıb: “Futbolçular Azərbaycan və Almaniya ilə oyunöncəsi sakitdilər, üzərimizdə heç bir təzyiq yoxdu. Onlar hər iki matçın vacib olduğunu anlayırlar və işlərinə məsuliyyətli yanaşırlar”. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30