25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

“Qarabağ” debütantlara yol açdı

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, ölkəsinin U-19 Liqasında çempion olan klubun əsas komandası Çempionlar Liqasında təmsil olunmayan 32 klubun diqqəti Nyona yönələcək.
 
Həm əsas, həm U-19 komandası Azərbaycanda ən güclü olan “Qarabağ” bu püşkə qatılmayacaq. Çünki Ağdam klubu Çempionlar Liqasına yüksəldiyindən, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 da qrupda çıxış edəcək.
 
“Qarabağ” qatılmadığı püşkatmanın iştirakçıları siyahısına təsir etməyi bacarıb. Belə ki, Azərbaycan, həmçinin Sloveniya (“Maribor”), Şotlandiya (“Seltik”), Kipr (APOEL), Yunanıstan (“Olimpiakos”) çempionlarının bugünkü püşkdən azad olması daha aşağı reytinqli 5 ölkənin yolunu açıb.
 
Bu səbəbdən də Makedoniya, İrlandiya, Latviya, Lüksemburq və Monteneqro Gənclər Liqasının Çempionlar yolunda təmsil olunacaq. Latviya ilə Lüksemburq bu hüququ xeyli əvvəl qazanan Albaniya ilə birlikdə Gənclər Liqasında debüt şansı əldə edib.
 
Qeyd edək ki, “beşliy”in qrupa düşməsindən yararlanan klublar “Şkendiya”, “Dublin”, “Liepaya”, “Düdelanj” və “Sutyeska”dı.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30