20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

"Mlada Boleslav"ın baş məşqçisi: "Kamran yersiz səhvlər etdi"

"Oyuna çox passiv başladıq. "Slaviya" layiqli qələbə qazandı. Onlar bizdən üstün idi”.

Futbolxebr.az saytının məlumatına görə, bu sözləri Çexiyanın "Mlada Boleslav” klubunun baş məşqçisi Duşan Uhrin deyib.

Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi komanda  Çexiya çempionatının 5-ci turunda “Slaviya”nın qonağı olub və 0:4 hesablı məğlubiyyətlə üzləşib. Kamran debüt oyununda kobud səhvlərlə yadda qalıb.

Oyundan sonra yerli mətbuata açıqlama verən Duşah Uhrin Kamranın çıxışına da toxunub: "Pis oynamadıq. İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, qapıçımız yersiz səhvlər etdi. Qapımızda üçüncü qolu görəndən sonra oyunun axarını dəyişmək çox çətin idi".

Qeyd edək ki, matçda 3-cü qol qvtoqol olaraq Kamranı adına yazılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30