24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

"Roma"nın baş məşqçisi: "Qarabağ" zəif hesab edilə bilər, amma..."

"Çətin qrupa düşdük. Amma üçüncü səbətdə yer aldığımızdan, qarşımıza böyük komandaların çıxacağını bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Roma"nın baş məşqçisi Eusebio di Françesko deyib.

İtaliya təmsilçisi Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Çelsi", "Atletiko" və "Qarabağ"la birlikdə C qrupunda mübarizə aparacaq.

Klubun saytına açıqlama verən 48 yaşlı məşqçi püşkü dəyərləndirib: "Çelsi"nin əla baş məşqçisi var. Mən onu çox yaxşı tanıyıram. Rəqib güclü heyəti var. Alvaro Moratanın keçidindən sonra "Çelsi"nin keyfiyyəti bir qədər də artıb. "Atletiko" son 4 ildə 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. Bu, Madrid klubunun ÇL-də oynamaq bacarığının olduğunu göstərir. Baş məşqçiləri də güclüdü".

Di Françesko "Qarabağ" haqda da fikirlərini bildirib. O, Azərbaycan çempionu ilə oyunlara da ciddi yanaşacaqlarını vurğulayıb: "Qrupda "Qarabağ" zəif hesab edilə bilər. Amma bu cür oyunlarda rəqibi qiymətləndirməmək olmaz. Qrupdakı bütün komandalara hörmətlə yanaşırıq. Bütün görüşlərdə əlimizdən gələni edəcəyik".


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30