28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Xarici futbol

"Seltik" Azərbaycanı 1 pillə geri saldı

UEFA-nın yeni reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Çempionlar Liqasının (ÇL) pley-off mərhələsind keçirilən ilk 5 oyun Azərbaycanın siyahıda 1 pillə geriləməsi - 23-cü sıraya düşməsiyl nəticələnib.

Buna Şotlandiyanın birdən-birə 4 pillə irəliləməsi səbəb olub. “Seltik”in ÇL-in qrupuna Böyük Britaniya təmsilçisini 22-ci yerə qaldırıb. Belarus, Bolqarıstan və İsveç  də ölkəmiz kimi geriləyib.

Azərbaycanın cari mövsümdə qazancı 2,875-di. “Qarabağ” hamıdan çox - 1,125, artıq mübarizəni dayandıran klublarımız - “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal əldə edib.

Azərbaycanın son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-di. Ölkəmiz 22-ci olan Şotlandiyadan yalnız əlavə göstəricilərdə geri qalır.

Bu gün Danimarkada “Kopenhagen”lə görüşəcək “Qarabağ” mərhələ adlasa, ən azı 22-ci pilləni qaytarmaq mümkün olacaq. Xal qazanmağımız 21-ci yerə qədər irəliləmək üçün də yetərli ola bilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31