29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Lars Lagerbek: "Azərbaycan millisi son 2 ildə 60 pillə yüksəlib"

"Azərbaycan millisini qiymətləndirməməyimiz doğru olmaz. Bu, son iki ildə FİFA reytinqində 60 pillə yüksələn komandadır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Norveç yığmasının baş məşqçisi Lars Laqerbek futbol üzrə 2018-ci il dünya çemionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi ilə keçirəcəkləri oyunu şərh edərkən deyib. 69 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında Azərbaycan yığmasının heyətində yer alan "Qarabağ”ın futbolçularına diqqət çəkib: "Rəqibin yaxşı heyəti var. Bir sıra oyunçuları Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək imkanına malik "Qarabağ” klubundandır. Asan olmayacaq. Ona görə də qalib gəlmək üçün yaxşı çalışmalıyıq".

İsveçli baş məşqçi Norveç millisinin gənc komanda olduğunu da vurğulayıb: "Hazırda bizim kifayət qədər oyunçu nəslimiz var. Fikrimcə, bu, çox vacibdir. Hələlik bəzi futbolçular arasında fərq hiss olunmur. Bəziləri oyun praktikalarının azlığına baxmayaraq, yaxşı vəziyyətdədirlər. Norveç millisi gənc komandadır və yaxşı gələcyi var”.

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı Ullevaal stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31