20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

“Kopenhagen”in futbolçusu: “Bizi irəli aparacaq qolu vurmalıyıq”

"Qarabağ”ın əks-hücumlara üstünlük verəcəyini və qol vurmaq üçün imkan axtaracağını düşünürəm. Bacarsalar, biz üç qol vurmalı olacağıq. Ölkə çempionatının son turunda "Sonderyuske” ilə görüşün ilk yarısında bunu bacardıq. Bu, hələlik mövsümdə ən yaxşı oyunumuzdur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kopenhagen"in futbolçusu Nikolay Boylesen Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Danimarka mətbuatına deyib.

"Son oyunda digər ev matçları ilə müqayisədə daha çox topla davrandıq, təzyiq etdik və qollar vurduq. Bunu "Qarabağ”la oyunda da etməliyik. Bizi irəli aparacaq qolu vurmalıyıq” - deyə o bildirib.

25 yaşlı müdafiəçi bildirib ki, azarkeş amili ilk matçda "Qarabağ"a kömək olub.

Qeyd edək ki, "Kopenhagen” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:45-də  başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30