25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Xarici futbol

“Kopenhagen”in futbolçusu: “Qarabağ” mənə “Vardar”ı xatırlatdı”

“Qarabağ” mənə “Vardar”ı xatırlatdı. Amma bir az daha keyfiyyətli komandadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Danimarkanın “Kopenhagen” klubunun serbiyalı futbolçusu Andrija Pavloviç bildirib. O, Azərbaycan çempionunun heyətində individual olaraq çox güclü futbolçular olduğunu söyləyib:

“Amma hər komandanın zəif cəhəti var və biz “Qarabağ"ın bu yönlərini tapıb istifadə etməliyik. Bizim ÇL-in qrupuna düşmək üçün yaxşı şansımız var. Yalnız 0:1 uduzmuşuq və elə böyük üstünlük deyil. Əgər biz onlara ilk qolu vursaq, rəqib təzyiq altına düşəcək. Belə halda mərhələ adlamaq asan olacaq.".

Pavloviçin fikrincə, "Qarabağ"ın müdafiə xətti elə də güclü deyil: "Sadəcə, Bakıda bir o qədər də təzyiq etmədik. Yarımmüdafiə xətti isə çox güclüdür. Həmçinin, Bakıda stadionda olan möhtəşəm atmosfer onlara yaxşı, bizə pis təsir etdi. Növbəti oyunda daha diqqətli olub, dərin düşünüb oynamalıyıq".

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" matçı avqustun 23-ü, Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30