19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Kontenin etdiyi mənə qarşı hörmətsizlikdir” - Dieqo Kosta

“Çelsi”nin hücumçusu Dieqo Kosta baş məşqçiləri Antonio Konte haqda sərt açıqlamalar verib.

Futbolxeber.az saytının məlumatına görə, Britaniya mətbuatına danışan 28 yaşlı futbolçu italiyalı mütəxəssisin ona hörmətsizlik etdiyini deyib:

“Konte ilə üz-üzə görüşüb, onun qərarı haqda söhbət etmək istədim. Ancaq o, məni komandasında görmək istəməməsi barədə mesaj göndərdi. Mesajı görən kimi dəli kimi oldum. Bu, hörmətsizlikdir. Mən baş məşqçi və rəhbərliklə hər zaman üz-üzə söhbət etmişəm. Heç vaxt mesajla qərar verməmişəm. Konte bu hərəkəti ilə necə bir insan olduğunu göstərdi”.

İspaniyalı futbolçu “Atletiko”ya keçəcəyini söyləyib:

“İspaniyanın iqlimini, insanları sevirəm. Madridə aşiqəm. Buna görə də qərarımı artıq vermişəm. Amma transfer üçün düzgün vaxtı gözləməliyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30