20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Arsen Venger “Arsenal”dan qovula bilər

Afrikanın ən varlı adamlarının siyahısına başçılıq edən Aliko Danqote İngiltərənin “Arsenal” futbol klubunu almaq istəyir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 60 yaşlı nigeriyalı biznesmenin özü açıqlama verib.

O, London klubunu əldə edəcəyi təqdirdə, əsas komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini bildirib: “Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra “Arsenal”ın sahiblərinə təklif göndərəcəyik".

Qeyd edək ki, Aliko Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30