20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Beşiktaş" Ermənistan yığmasının futbolçusunu satışa çıxarır

Türkiyənin “Beşiktaş” klubu 6 futbolçusunu satışa çıxarıb.

Futbolxeber.az saytının məlumatına görə, onların arasında Ermənistan yığmasının üzvü Aras Özbiliz də var.

Özbilizlə yerli "Sivasspor"la yanaşı, Rusiyanın "Rubin" klubu da maraqlanır. Kazan təmsilçisi 27 yaşlı yarımmüdafiəçini birdəfəlik almaq və ya icarəyə götürmək istəyir. Futbolçu ötən mövsüm "Beşiktaş"ın heyətində cəmi 4 oyuna çıxıb.

İstanbul təmsilçisinin satmaq istədiyi digər oyunçulara gəlincə, bunlar Mustafa Pektemek, Veli Kavlak, ukraynalı Denis Boyko, isveçli Aleksandr Miloşeviç və kolumbiyalı Pedro Frankodur. "Beşiktaş" UEFA-nın Maliyyə “Fair Play” Qaydalarına riayət etmək üçün transferlərdən 1,4 milyon avro gəlir əldə etməlidir. Ona görə də klub belə addım atmağa qərar verib.

Hələlik baş məşqçi Şenol Günəşin xidmətlərində maraqlı olmadığı bu futbolçularla bağlı real təklif yoxdur. Klub rəhbərliyi onları Türkiyə Superliqasına yeni vəsiqə qazanan klublara göndərməyi planlaşdırır.

Qeyd edək ki, “Beşiktaş”ın sözügedən “altılıq”la yollarını ayırmaq istəməsinin digər səbəbi onlara ödəniləcək illik məvacibdir. Bu futbolçular klubda qalacaqları təqdirdə, İstanbul təmsilçisi ümumilikdə 6,6 milyon avro ziyana düşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30