19 Dekabr 2025, Cümə
Şahruddin əməliyyat olundu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA

Xarici futbol

Renat Dadaşovun əsas heyətdə ilk qolu

“Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Almaniya təmsilçisi “Ayntraxt”ın əsas komandasının heyətində ilk qolunu vuran Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov deyib.

“Ayntraxt”ın “FSV Frankfurt”u 5:2 hesabı ilə məğlub etdiyi yoxlama matçının ikinci hissəsində meydana çıxan və 47-ci dəqiqədə fərqlənən 18 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında yeni mövsümdə daha çox oyun keçirəcəyinə ümid etdiyini söyləyib: “Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir. Artıq yeni mövsümə köklənmək vaxtı yetişib. Azarkeşlərə verdikəri dəstəyə görə təşəkkür edirəm. Yeni mövsümdə daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdir”.

Qeyd edək ki, “Aytraxt”ın yetirməsi olan R.Dadaşov yay fasiləsində əsas komandaya cəlb olunub. Onunla 3 illik müqavilə imzalanıb. Frankfurt təmsilçisi Bundesliqanın ilk turunda “Frayburq”un qonağı olacaq. Matç avqustun 19-da keçiriləcək.

 

 


report






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31