7 Yanvar 2026, Çərşənbə
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi

Xarici futbol

Kipr UEFA reytinqində Azərbaycandan uzaqlaşdı

Avropa Liqası III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” öz meydanında Yunanıstan “Panatinaikos”una uduzması nəticəsində təmsilçimiz ölkənin hesabına xal əlavə edə bilməyib.

Bununla da xal ehtiyacımız dəyişməz qalıb - 2,625 xal. “Qarabağ” hamıdan çox - 0,875 xal gətirib. Artıq mübarizəni dayandıran Avropa Liqasındakı təmsilçilərimizdən “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazanıb.

Son 5 mövsümə əsasən reytinq xalımız 17,375-də qalıb. Ən yaxın izləyicilərimizdən bizə çatmaq imkanını əldən verib. 22-ci pillədə qalan Azərbaycanı 23 və 24-cü sıralardakı Belarusla Bolqarıstan izləyir. Onlardan cəmi 0,125 xal öndə olan Azərbaycan 21-ci olan Kiprdən 1,050 xal geridədi. Adalılar Avopa Liqaısndakı təmsilçiləri AEK və “Apollon”un xalları sayəsində ölkəmizdən bir az da uzaqlaşıb.


apasport.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31