19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Mən daha Totti deyiləm, indi “Roma”yam”

“Roma”nın prezidenti James Pallotta “Football İtalia”ya müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni ixtisarlarla təqdim edir:

* Hazırda İtaliyada 4 klub var ki, onlar öz şəxsi stadionlarına sahibdirlər. İnanıram ki, yaxın 10 gündə biz də onların sırasına qoşulacağıq. Bu müddət ərzində şəhər rəhbərliyinin icazəsini almalıyıq. Danışıqlara hələ fevral-mart ayından başlanılıb. Yeni stadionumuz 55 min nəfər üçün nəzərdə tutulacaq, ətrafda isə 200 min kv.metr əyləncə üçün sahə ayrılacaq. Ümumilikdə, bizim üçün ayrılacaq ərazi 200 hektardı. Stadiondan aeroport və şəhərə 15 dəqiqəlik məsafə olacaq. Çay sahilində olacaq stadion üçün xüsusi doklar inşa edəcəyik ki, şəhərdən və aeroportdan gəlmək daha asan olsun. Bundan əlavə stadiona geniş yol və 2 dəmiryolu da inşa edəcəyik.

* Bizim əsas məqsədimiz “Roma”nı dünya brendinə çevirməkdir. Buna nail olmaq üçün öz stadionumuza sahib olmalıyıq.

* Françesko Totti? Çoxu bilmir ki, o, hələ 11 yaşında “Roma”ya gəlib, amma 16 yaşında ilk oyununa çıxıb. Belə ki, o düz 30 il hər gün eyni formanı əyininə geyib, sözsüz ki, bundan sonra ayrılıq onun üçün çox çətindir. Bir neçə ay bundan öncə biz onun üçün vida mərasimi təşkil etdik, amma çoxdandır ki, onun klubda yeni rolunu müzakirə edirik. Xatırlayıram, o, son müsahibələrinin birində çox düzgün fikir söyləmişdi: “Mən daha Françesko Totti deyiləm. İndi mən “Roma”yam”. Buna görə bizim ondan nəsə istəməyimizdən asılı olmayaraq, o həmişə bizim köməyimizə çatacaq və əbədi Romanın bir parçası olacaq.

Françeskonun son oyunu çox qeyri-adi alındı. Belə ki, biz “Napoli”ni bir xal qabaqlayır və “Cenoa” ilə oynayırdıq. İlk qolu biz buraxanda Tottinin son gecəsini korlaya, üstəlik Çempionlar Liqasına birbaşa yollanmaq şansını da itirə bilərdik. Sonra biz hesabı 2:1 etdik, amma mən son 15 dəqiqədə çox ehtiyat edirdim ki, “Cenoa” hesabı bərabərləşdirər. Mənim stadionda xüsusi yerim yoxdur, ola bilsin bəlkə də yeganə klub rəhbəriyəm ki, oyunu ayaq üstə izləyirəm. Mən oyunu tribunlaradan izləyə bilmirdim və məşqçilərin yanına düşməyi qərara aldım. Bu an qorxduğum baş verdi və “Cenoa” hesabı bərabərləşdirdi, 2:2. Onda mən stulu götürüb divara çırpdım - buna görə bu yaxınlarda İtaliya Olimpiya komitəsindən mənim üçün xüsusi hesab da gəlmişdi. Daha sonra son final fitinə 2 dəqiqə qalmış Perotti hesabda bizi önə çıxardı. Bu, qeyri-adi sonluq idi.

* “Roma” brendi - Bir çox insan heç dərk edə də bilmir ki, onun ətrafındakı dünya nə qədər nəhəngdir. Nümunə üçün deyə bilərəm ki, bu yaxınlarda aydınlaşdırmışıq ki,  bizim Səudiyyə Ərəbistanında çox aktiv fan-klubumuz var. Bilirsiz nə qədər üzvü var bu klubun? 800 min.

Bizim gənclərdən ibarət komandamız Vyetnama yoldaşlıq oyunu üçün yollananda, bizi aeroportda 6000 azarkeş qarşıladı, stadionda isə 20 000 azarkeş var idi. Bu hələ “Roma”nın U-19 komandasının oyunu idi. İndoneziyada isə bizi aeroportdan stadiona kimi insan izdihamı zəncirvari şəkildə müşahidə etmişdi. Stadionda isə elə bildik bizi Cənub tribunası (Surva Cud - Olimpiko stadionunda “Roma” ultraslarının yeri) bizi qarşılayır. Düz iki saat onlar “Roma” haqqında mahnılar ifa etdilər. Dayanmadan, özü də italyan dilində.

Mən bir daha inandım ki, “Roma” dünya səviyyəli bir brenddir. Sadəcə bu vaxta kimi o düzgün istiqamətdə idarə olunmayıb.

Hazırladı: Fuad ŞƏRİFOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30