19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Xarici futbol

“Panatinaikos” 21 futbolçu ilə gəlir

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos”un heyəti müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə,  Afina təmsilçisi Bakıya 21 futbolçu ilə gələcək.

Baş məşqçi Marinos Ozunidis ilk görüşlə müqayisədə bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib.

Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxan Luk Stil bu dəfə komanda ilə birgə olacaq. Həmçinin, Giorgos Kutroubis və Paskalis Staykos da ilk dəfə “Qəbələ”yə qarşı oynamaq imkanı əldə ediblər.

Əvəzində ilk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq.

Qapıçılar: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 17. Robin Lod, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 18. Lusiano, 21. Dimitris Kurbelis

Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” oyunu saat 21:00-da başlayacaq. İlk matçda yunanlar öz meydanlarında 1:0 hesablı qələbə qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30