16 Iyul 2019, Çərşənbə axşamı
"Qarabağ"da mərakeşli müdafiəçi
"Neftçi" üçün avstriyalı hakimlər
"Zirə"də monteneqrolu müdafiəçi
Rəşad Sadıqov 300-ə çatdı

Xarici futbol

“Barselona”nın 100 milyonluq təklifi qəbul edilmədi

“Liverpul”un futbolçusu Filipp Koutinyonu heyətinə qatmaq istəyən “Barselona”nın cəhdi baş tutmayıb.

Futbolxeber.az saytının məlumatına görə, “mersisaydlılar” braziliyalı yarımmüdafiəçi ilə yolları ayırmağa razılaşmayıblar.

“Barsa” rəhbərliyi qarşı tərəfə rəsmi təklif göndərərək, Koutinyoya görə 100 milyon avro xərcləməyə hazır olduğunu bildirib. Lakin bu məbləğ də ingilislərin “hə” deməsi üçün yetərli olmayıb. “Liverpul”un baş məşqçisi Yurgen Klopp rəhbərliklə söhbətində Koutinyonu yeni mövsümdə də ixtiyarında görmək istədiyini bildirib. Bu səbəbdən “qırmızılar” 25 yaşlı xavbeki “Barselona”ya buraxmayıblar.

Nəticədə PSJ-yə keçmək üzrə olan Neymarın yerinə Koutinyonu transfer etmək istəyən kataloniyalılar alternativ variant düşünməyə başlayıblar.

Qeyd edək ki, Braziliya yığmasının da üzvü olan Koutinyo 2013-cü ildən “Liverpul”un formasını geyinir. O, hazırkı komandasında ümumilikdə 182 oyunda 42 qola imza atıb.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31