29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

“Üzərimizdə təzyiq var” - “Şerif”in hücumçusu

“Petrokub” üzərində qələbə çox vacib idi. Ağır oyun olsa da, bunu bacardıq. Ümid edirəm ki, tezliklə liderliyi ələ keçirəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Şerif”in hücumçusu Stefan Muqoşa deyib.

Moldova çempionatının IV turunda “Petrokub” üzərində səfər qələbəsi qazanan (2:1) “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibinin heyətində ilk qola məhz monteneqrolu forvard imza atıb.

Klubun rəsmi saytına müsahibəsində “Qarabağ”la bu gün keçiriləcək cavab matçına da toxunan 25 yaşlı futbolçu qələbəyə kökləndiklərini söyləyib: “Fiziki durumumuz normaldı. Əlbəttə ki, “Qarabağ”la çətin oyunöncəsi üzərimizdə təzyiq var. Hamımız başa düşürük ki, bizi yalnız qələbə qane edir. “Qarabağ” çox güclü və öz dəst-xətti olan komandadı. Buna baxmayaraq, hədəfimiz pley-mərhələsinə adlamaqdı. Rəqibin oyunçularını tək-tək vurğulamaq istəmirəm. Əsas odu ki, öz meydanımızda çıxış edəcəyik və azarkeşlərin dəstəyi bu baxımdan önəmli rol oynayacaq”.

Qeyd edək ki, Tiraspolda baş tutacaq “Şerif” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31