18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

"Şerif"in bombardiri: "Qarabağ"la açıq futbol oynamağa dəyməz

"Qarabağ"la bizi qarşıda çətin oyun gözləyir. Səfərdə 0:0 oynadıq, ancaq mərhələ keçmək istəyiriksə, evdə qol vurmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Molodvanın "Şerif" klubunun futbolçusu Vitali Damaşkan bildirib.

O, Tiraspolda belə vacib matçların elə də tez-tez olmadığını söyləyib: "Ev oyunumuzda imkan daxilində çox azarkeş görməyi gözləyirəm, buna ümid edirəm. İstəyirəm ki, onlar bizi azərbaycanlı azarkeşlərin "Qarabağ"ı Bakıdakı matçda dəstəklədiyi kimi dəstəkləsinlər".

18 yaşlı moldovalı hücumçu hesab edir ki, çempionumuzla sabahkı matçda açıq futbol oynamağa dəyməz: "Çünki onların hücumda sürətli futbolçuları var. Bu üzdən elə də açıqlamamağımız, öz anımızı gözləmək yaxşı olardı. Mandraj və həyəcan var, mən bütün matçları ciddi qəbul edirəm. Ancaq Çempionlar Liqasının oyunu qat-qat yaxşıdı və həyəcan daha çox olur. Mən bu haqda düşünməməyə çalışıram".

Xatırladaq ki, Bakıdakı oyunda 90+4-cü dəqiqədə meydana çıxan Vitali hazırda 3 qolla Moldova çempionatının bombardirlərindəndir. O, son turda "Petrokub"la səfərdə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qələbə topunun müəllifi olub.  


Mənbə: sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30