19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

İspaniya Futbol Federasiyanda kütləvi həbslər

İspaniya Futbol Federasiyasnının prezidenti Anxel Mariya Vilyar və onun oğlu bu gün həbs olunub.

Futbolxeber.az saytının məlumatına görə, 67 yaşlı funksioner anti-korrupsiya əməliyyatı nəticəsində saxlanılıb.

Həbs olunanlar arasında federasiyanın digər əməkdaşları, o cümlədən də iqtisadi məsələləri üzrə vitse-prezident Xuan Padron da var. Federasiya rəsmiləri korrupsiyada, sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Xatırladaq ki, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın adı 2015-ci ildə FİFA və UEFA-dakı rüşvət qalmaqalında da hallanıb. Həmin vaxt o, ali futbol qurumunda vitse-prezident vəzifəsini tuturdu.

Daha sonra UEFA prezidentliyinə namizəd olan Vilyar yekunda qurumun hazırkı rəhbəri Aleksandr Çeferinin lehinə namizədliyini geri götürdü.

Qeyd edək ki, o, 1988-ci ildə İspaniya Futbol Federasiyasına rəhbərlik edir. Mayda Vilyar 8-ci dəfə bu posta seçilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30