20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

"Qəbələ"dən ayrılıb Koreyaya üz tutdu

Son mövsüm başa çatdıqdan sonra "Qəbələ" ilə yollarını ayıran isveçrəli futbolçu Daniel Subotiç özünə yeni komanda tapıb. Futbolxeber.az-ın məlumatına görə, 28 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək. 
 
O, sözügedən ölkənin "Ulsan Hyundai" klubu ilə anlaşıb. Tərəflər 1 illik müqaviləyə qol çəkib. 
 
Qeyd edək ki, İsveçrənin “Bazel” klubunun yetirməsi olan Subotiç peşəkar karyerasına İngiltərədə başlayıb. 2008-2010-cu illərdə “Portsmut”a məxsus olan hücumçu icarə əsasında Belçikanın “Zulte-Varegem” (2008-2009) və İtaliyanın “Qrosseto” (2010) klublarında çıxış edib. Rumıniyada Krayovanın “Universtatya”  (2011) və “Tarqu Mureş” (2011-2012) komandalarının ardından Ukraynaya yollanan forvard 2012-13-cü illərdə “Volın”da forma geyinib. “Qəbələ”də keçirdiyi 2013-2014-cü illər mövsümünün ardından isveçrəli Küveytə yollanaraq 2014-2015-ci illərdə “Qadisiya” klubunda çıxış edib. 2015-ci ilin yayında Moldovanın “Şerif” klubu ilə anlaşan Daniel son 1,5 ili bu komandada keçirib. O, 2015-2016-cı illər mövsümündə Moldova çempionatının ən yaxşı bombardiri adına yiyələnib. Subotiç ötən mövsümün qış transfer dönəmində "Qəbələ"yə cəlb olunmuşdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30