19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

"Bakıda bizi asan sınaq gözləmir"

Portuqaliya yığmasının və “Real” klubunun hücumçusu Kristiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycanla oyun öncəsi müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
 
- Çoxları belə düşünür ki, siz İsraillə oyunda qəsdən sarı vərəqə almısız ki, Azərbaycana qarşı oynamayasız. Bu, belədi?

- Boş sözlərdi. Yığma mənim ikinci evimdi. Əksinə, Bakıda oynamayacağıma görə çox məyus oldum.
 
- Oynamayacağınızı bilsəniz də, Bakıya gəlmisiz. Niyə?


- Əşyalarımı toplayıb birbaşa Madridə yollanmaq ən adi qərar olardı. Lakin Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşünürəm. Oynamasam da, əlimdən gələn köməyi etmək istəyirəm.
 
- Necə?

- Komanda il birgə məşq edirəm. Oyun zamanı isə komanda yoldaşlarıma azarkeşlik edəcəm. Yaxşı oyun sərgiləyib, qələbə qazana bilərik. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər.
 
- Azərbaycan yığmasını məğlub etmək üçün nə lazımdı?

- Bizə çox səhv etmək olmaz. İsraillə oyunumuz istədiyimiz kimi getmədi. Hələ Rusiyanı qabaqlamaq şansımız qalır. Biz ancaq bu haqda düşünməliyik.
 
- Azərbaycan yığmasının Lüksemburqa qalib gələ bilmədiyindən xəbəriniz var?

- Bəli. Əminəm ki, onlar bizə qarşı tamamilə fərqli futbol sərgiləyəcəklər. Çünki hər komanda bizə qarşı ən yaxşı oyununu sərgiləməyə çalışır. Bizi heç də asan sınaq gözləmir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30