24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Konfederasiyalar Kuboku start götürür - TƏQVİM

Sabah FİFA Konfederasiyalar Kuboku – 2017-yə start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, 8 komanda iki qrupda mübarizəyə başlayacaq.
 
Rusiyada təşkil olunan beynəlxalq turnirdə gələn il dünya çempionatını qəbul edəcək meydan sahibləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015), Okeaniya Futbol Konfederasiyasının çempionu Yeni Zelandiya (2016) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) mübarizə aparacaq.
 
Sayca 10-cu dəfə keçiriləcək və 4 ildən bir təşkil edilən Konfederasiyalar Kuboku matçları Rusiyanın 4 şəhərində - Sankt-Peterburq (“Krestovski” stadionu), Kazan (“Kazan Arena”), Moskva (“Spartak” stadionu) və Soçidə (“Fişt” stadionu) oynanılacaq.
 
Maraqlıdı ki, iştirakçılar arasında yalnız Meksika bu yarışın qalibi olmağı bacarıb. Meksikalılar 1999-cu ildə qızıl medala layiq görülüblər. Avstraliya bir dəfə 2-ci, bir dəfə 3-cü olubsa, Kamerunun gümüş, Almaniyanın isə aktivində bürünc mükafat var.
 
Ümumiyyətlə, 1992-ci ildən bəri təşkil edilən Konfederasiyalar Kubokunu ən çox Braziliya millisi qazanıb. Son 3 yarışın çempionu olan “sambaçılar” ümumilikdə 4 dəfə bütün rəqiblərini üstələyiblər. “Pentakampeonlar” 2013-cü ildəki son turnirin finalında İspaniyanın qapısından 3 cavabsız top keçiriblər. Bundan başqa, Fransa 2, Argentina, Meksika və Danimarka isə hərəyə 1 dəfə kuboka yiyələniblər.
 
5 qitədən 9 FİFA hakiminin təyinat aldığı turnirin mükafat fondu da bəllidi. Belə ki, çempion komanda 5 milyon avro gəlir əldə edəcəksə, gümüş (4,5 milyon) və bürünc mükafatçılar (3,5 milyon), həmçinin 4-cü (3 milyon) və 5-ci (2 milyon) yeri turacaq komandalar da mükafatsız qalmayacaqlar. (Apasport.az )
 
FİFA Konfederasiyalar Kuboku – 2017
 
A qrupu
 
17 iyun
19:00. Rusiya – Yeni Zelandiya
 
18 iyun
19:00. Portuqaliya – Meksika
 
21 iyun
19:00. Rusiya – Portuqaliya
22:00. Meksika – Yeni Zelandiya
 
24 iyun
19:00. Meksika – Rusiya
19:00. Yeni Zelandiya – Portuqaliya
 
B qrupu
 
18 iyun
22:00. Kamerun – Çili
 
19 iyun
19:00. Avstraliya – Almaniya
 
22 iyun
19:00. Kamerun – Avstraliya
22:00. Almaniya – Çili
 
25 iyun
19:00. Almaniya – Kamerun
19:00. Çili – Avstraliya
 
Yarımfinal
 
28 iyun
1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi
29 iyun
2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi
 
3-cü yer uğrunda
 
2 iyul
16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu
 
FİNAL
 
2 iyul
22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30