23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Rayola sabah “Milan” rəhbərliyi ilə görüşəcək: Donnarummanın taleyi həll olunur

Canluici Donnarummanın meneceri Mino Rayola sabah “Milan” rəhbərliyi ilə görüşəcək.

Futbolxeber.az saytının “Sky Sport İtalia”ya istinadən verdiyi məlumata görə, görüşdə 18 yaşlı qolkiperin “Milan”dakı taleyi müzakirə olunacaq. Hazırda hər iki tərəf hadisələrin gedişatından narazıdır.

“Milan” 1 ildən sonra azad agent olacaq Donnarummanın hələ də yeni müqavilə imzalamağa razılıq verməməsindən şokdadır.

Dünən “Qırmızı-qaralar”ın idman direktoru Massimiliano Mirabelli şəxsən gənc qapıçıya zəng vurub. Klub rəsmisinin bu addımı isə futbolçunun menecerini hiddətləndirib. Rayola hesab edir ki, bu addım qapıçını ona qarşı yönləndirməyə hesablanıb.

Bundan sonra “Milan”ın baş direktoru Marko Fassone Rayola ilə əlaqə saxlayıb və bildirib ki, cümə axşamı görüşərək bu məsələyə nöqtə qoymalıdılar.

Qeyd edək ki. İtaliya mətbuatı hazırda Donnarummanın yeganə müştərisinin PSJ olduğunu iddia edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30