25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Arda milli karyerasını bitirdi

Jurnalist Bilal Meşeni təhqir etdityi üçün Türkiyə millisinin heyətindən kənarlaşdırılan ulduz futbolçu Arda Turan şok qərla gündəmə gəlib. Futbolxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 18:00-da mətbuat konfransı keçirən “Barselona”lı oyunçu yığma komanda karyerasını bitirdiyini açıqlayıb.
 
Jurnalistə etdiklərinə görə peşman olmadığını deyən 30 yaşlı yarımmüdafiəçi bundan sonra millidə çıxış etməyəcəyini deyib: “Bu hərəkətimə görə peşman deyiləm. Özümü quş kimi hiss edirəm. Həyatım boyunca mənə deyilənlərin, edilənlərin heç birini u nutmadım. Fitə basılmağımı unutmadım. Həyatda bir şey edirsinizsə, bunun bədəlini ödəyərsiniz. Yığmanın forması əynimdə olarkən səhv etdim və məşqçilər korpusu ilə görüşüb, Kosovo ilə matçda oynamamaq qərarına gəldim. Bu gün 2012-ci ildən bəri Türkiyə futboluna hərtərəfli xidmət etmiş, pulu düşünmədən ölkəsini sevən bir insan kimi qaşınıza çıxıram. İndiyə qədər birgə çalışdığım hər kəsə təşəkkür edirəm. Hər hərəkətin bir qarşılığı olmalıdı. Mən də bu hərəkətimin əvəzində milli karyeramı başa vururam”.
 
Qeyd edək ki, Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə  Meşenin 2016-cı ildə Arda haqqında yazısı xatırlanıb və yarımmüdafiəçi bundan əsəbiləşib. O, jurnalistin boğazından yapışaraq onu təhqir edib və döymək istəyib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30