20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Qvardiolanın ailəsi faciədən qurtuldu: Mançesterdəki terrordan sağ çıxdılar

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın ailəsi ölümdən dönüb.

Futbolxeber.az saytının məlumatına görə, dünən “Mançester Arena”da Ariana Qrandenin konsertindən sonra terror aktı baş verib ki, Qvardiolanın həyat yoldaşı Kristina Serra, qızları Marina və Valentina da konsert iştirakçıları arasında olublar. Xoşbəxtlikdən ispan mütəxəssisin ailə üzvləri hadisədən xəsarət almadan qurtulublar.

Hadisə ilə bağlı tvitterdə Qvardiola bunları yazıb: “Şokdayam. Dünən gecə baş verənlərə inana bilmirəm. Dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Mən Mançesteri sevirəm”.

Qeyd edək ki, “Mançester Arena”nın foyesində baş vermiş terror zamanı 22 nəfər dünyasını dəyişib, 95 nəfər yaralanıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30