20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

“Trabzonspor”da Şeydayev qalmaqalı: uğursuz transferə görə rəhbərlər bir-birini suçladı

“Trabzonspor” camiyəsində Azərbaycan millisinin üzvü Ramil Şeydayev də daxil olmaqla bir neçə uğursuz transferin ətrafında mübahisələr və tənqidlər davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu dəfə sözügedən klubun rəhbərliyində gərginlik yaranıb. 
 
Belə ki, yerli mətbuata açıqlama verən klub prezidenti Muharrem Usta fayda verməyən futbolçular - Luis İbanes, Hyun-Yun Suk və Ramil Şeydayevi transfer etdiyi üçün vitse-prezident Nevzat Aydını təcrübəsiz adlandıraraq, tənqid edib: “Kastilyo, Duritsa, Bero və Onazi məsələsində bütün transferləri mən reallaşdırdım. Ovaxtkı transferlərlə bağlı məsuliyyət daşıyanlar isə İbanez, Suk və Ramili almışdı. Vaxt keçdikcə gördüm ki, belə alınmayacaq, dərhal müdaxilə edib adını təqdim etdiyim futbolçuların transferini bitirdim. Bu 4 oyunçunun transferini özüm reallaşdırdım”.
 
Aydın isə sosial şəbəkə hesabından status paylaşaraq Ustanın açıqlamasının reallaıqdan kənar olduğunu və “Trabzonspor”a zərər verməmək üçün hələlik susduğunu deyib. O, vaxtı gəldikdə bu məsələ ilə bağlı detallı açıqlama verəcəyini bildirib. 
 
Qeyd edək ki, “Trabzonspor” Şeydayevi qış fasiləsində Slovakiyanın “Jilina” klubuna icarəyə verib. Millimizin üzvü Türkiyə Super Liqasında cəmi 1 oyunda iştirak etmişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30