25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

Dünya çempionatının ulduzuna ən sərfəli təklifi "Qalatasaray" edib

Türkiyədə keçirilən 20 yaşlı futbolçular arasında dünya çempionatının 1 nömrəli ulduzu olan portuqaliyalı futbolçu Bruma karyerasını Türkiyədə davam etdirə bilər. Futbolxeber.az-ın məlumatına görə, "Qalatasaray" 18 yaşlı ulduzu heyətinə qatmaq istəyir. Bu haqda Brumanın meneceri Bebiano Qomes açıqlama verib: "Çelsi"nin Brumanı heyətinə qatmaq istəməsi çoxlarına məlumdur. Klub rəsmiləri artıq menecerlər vasitəsi ilə bizə öz təkliflərini göndəriblər. Onlar Brumaya görə 4 milyon avro ödəmək istəyirlər ki, bu məbləğ də bizi qane etmir. Ən sərfəli təklifi "Qalatasaray"dan almışıq. Türkiyə klubu Bruma üçün 7 milyon avro ödəməyə hazırdı".

Lakin gənc futbolçunun meneceri bildirib ki, müştərisi gələcəyi ilə bağlı qəti qərar verməkdə tələsmir: "Brumanın "Sportinq"lə olan müqaviləsi gələn il başa çatır. Amma onlar futbolçunu heyətlərində saxlamaq istəyirlər. "Sportinq" Bruma yeni müqavilə təklif etməyə hazırlaşır. Razılıq əldə olunsa, sözləşmə 2018-ci ilə kimi nəzərdə tutulacaq. Təbii ki, böyük klubların maraq dairəsində olmaq çox xoşdur. Amma danışıqlar zamanı biz ilk növbədə "Sportinq"lə müzakirələr aparacağıq. Bruma özü də hələ ki klubunu dəyişmək fikrində deyil. Eləcə də "Sportinq"in futbolçununb üzərində böyük əməyi var. İndi bunu danıb, onların zəhmətini yerə vurmaq, bir qədər artıq qazanca görə klubdan getmək düzgün olmazdı. Bu səbəbdən də əvvəlcə "Sportinq"lə görüşəcəyik. İnanıram ki, razılıq əldə olunacaq və hər iki tərəf bundan məmnun qalacaq. Yalnız qeyri-adi hadisə baş verəcəyi halda, digər komandalarla danışıqlara başlaya bilərik".

"Qalatasaray" tərəfi isə hələlik bu iddialarla bağlı heç bir açıqlama verməyib. Yalnız Ünal Aysalın "U-20 millilər arasında baş tutan dünya çempionatını yaxından izləyirik. Turnirdə çıxış edən bəzi istedadlı futbolçular maraq dairəmizdədir" açıqlaması deyilənlərin həqiqət olmasına işarə verir.

Portuqaliyanın "ABola" nəşri də "Cim-Bom"un gənc ulduzla maraqlandığı haqda xəbər yayıb. Hətta Portuqaliya mətbuatının iddiasına görə, "Qalatasaray" Bruma üçün "Sportinq"ə 7 deyil, 12 milyon avro ödəməyə hazırdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30