19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Roberto Karlos sabiq "Real"lını yanına gətirdi

Bir müddət əvvəl Roberto Karlosu baş məşqçi postuna gətirən "Sivasspor” klubu artıq ilk transferini reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, Roberto Karlos həmyerlisi Çiçinyonu komandasına gətirib. “Sport Resifi” ilə müqaviləsi başa çatan braziliyalı futbolçu artıq dünəndən Türkiyədədir. Çiçinyo yeni klubu haqda bunları deyib: "Sivasspor"a gəlişimdə Roberto Karlosun burada olmasının böyük rolu var. Klubumla müqaviləmin bitdiyini öyrəndi və danışıqlara başladıq. İndi isə burdayam. “Sivasspor”u yaxşı tanıdığımı deyə bilmərəm. Amma qısa zamanda bu komandaya uyğunlaşacağımı düşünürəm. İlk hədəfimiz uğur əldə etmək, kuboklar qazanmaqdı. Ümid edirəm ki, bunda mənim də payım olacaq. Karlos ilə bir yerdə oynamışam. İndi isə onun əmrindəyəm. O, futbolçu kimi çox uğur qazanıb. Məşqçi kimi də uğur qazanacağına inanıram”.

Qeyd edək ki, Çiçinyo 2005-2007-ci illərdə “Real”da Karlosla biryerdə oynayıb. "Kral klubu"ndan başqa o, “Roma”, "Vilyareal" kimi klubların da şərəfini qoruyub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30