29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Çempionlar Liqası ilə bağlı dəyişiklik

UEFA Çempionlar Liqası ilə bağlı dəyişiklik edib. Futbolxeber.az saytının məlumatına görə, yenilik sözügedən turnirdə iştirak edəcək klubların sayı ilə bağlıdır.
 
Belə ki, qitənin ən nüfuzlu klub turnirində 2018/19 mövsümündən etibarən reytinq siyahısının ilk 4 pilləsində olan ölkə qrup mərhələsində 4 klubla təmsil olunacaq.
 
Əmsallar cədvəlində 5-6-cı yerləri turan 2 ölkənin 2 komandası yarışa birbaşa qrup mərhələsindən qoşulacaq. Bu ölkələrin daha 1 təmsilçisi isə qrup mərhələsinə düşmək üçün 2 mərhələ adlamalıdı.
 
Reytinqdə 7, 8, 9, 10-cu olan ölkənin 1 klubu qrup mərhələsində iştirak edəcəyi halda, 1 klub da yarışa seçmə mərhələdən başlayacaq. 
 
Cədvəldə 11 və 12-cı yeri tutan ölkələrin çempionları isə yarışa sonuncu təsnifat mərhələsindən qoşulacaqlar. 
 
Bununla da 2018/19 mövsümündən etibarən 24 klub ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən start verəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31