23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Zidan da “Lester”lə qarşılaşmaq istəmir

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatması öncəsi fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, fransız mütəxəssis qeyd edib ki, yarımfinala gedən yolda “Lester”lə qarşılaşmaq istəmir:

“Düşünmürəm ki, hansısa məşqçi “Lester”ə rəqib olmağa ümid etsin. Bu komanda heç kimin inanmadığını edir. “Lester”in İngiltərədə çempion olacağına da, cavab oyununda “Sevilya”nı mübarizədən kənarlaşdıracağına da ümid edənlərin sayı çox az idi. Amma onlar qarşıya qoyulan hədəfə çatdılar.

1/4 finaldakı rəqibin kimliyindən asılı olmayaraq, “Lester” cütün favoriti olmayacaq. Amma rəqibdən fərqli olaraq, onların üzərində təzyiq olmayacaq. Odur ki, 1/4 finalda da “Lester”dən çox şey gözləmək olar.

Komandanın heyətində bacarıqlı futbolçular var. Ən əsası isə meydana çıxan hər bir oyunçu ürəkdən mübarizə aparır”.

Qeyd edək ki, daha əvvəl “Yuventus”un qapıçısı Canluici Buffon da 1/4 finalda “Lester”lə qarşılaşmaq istəmədiyini açıqlamışdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30