24 Fevral 2026, Çərşənbə axşamı
Kurban Berdıyevdən qələbə şərhi
“Qarabağ” “Nyukasl” səfərində
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
Millimiz Tacikistana uduzdu

Xarici futbol

“Qalatasaray”da yeni baş məşqçi

Hollandiyalı mütəxəssis Yan Olde Rikerinklə yolları ayırmağa hazırlaşan Türkiyənin “Qalatasaray” klubu artıq yeni baş məşqçisini də tapıb.
 
Futbolxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” digər Super Liqa təmsilçisi “Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudorla anlaşıb. Bu gün İstanbulda 38 yaşlı mütəxəssisin meneceri ilə görüşən “Qalatasaray” rəsmiləri müsbət cavab alıb. Yerli mətbuatın yazdığına görə, tərəflər 1,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəliblər. 
 
Bu gün yerli vaxtla saat 16:00-da “Qalatasaray”ın idarə heyətinin iclası olacaq. Həmin toplantıda Rikerinklə ayrılıq və Tudorun təyinatı rəsmən açıqlanacaq.
 
Qeyd edək ki, Xorvatiya millisinin sabiq futbolçusu olan Tudor 2016-cı ildə PAOK-dan (Yunanıstan) “Karabükspor”a keçib. Onun çalışdırdığı komanda hazırda 27 xalla 10-cu pillədə qərarlaşıb.   
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28