23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Droqba: "Bəxtimiz gətirib ki, o "Qalatasaray"da çıxış edir"

 

"Qalatasaray"ın hücumçusu Didye Droqba Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Şalke"yə qarşı keçirdikləri oyun haqda danışıb. Futbolxeber.az xəbər verir ki, təcrübəli forvard yenidən turnirin qalibi olmaq istədiyini vurğulayıb: "Futbolda hər şey mümkündü. "Çelsi"nin heyətində ötən mövsüm etdiklərimi indi də "Qalatasaray"la təkrarlamaq istəyirəm. Düzdür, indikindən fərqli olaraq həmin vaxt mən fiziki cəhətdən ideal formada idim. "Şalke" ilə matçda da bir neçə dəfə top itkisinə yol verdim. Bu da səbəbsiz deyil. Yenidən Avropa futboluna qayıdıb, Çempionlar Liqası kimi nüfuzlu bir turnirdə əvvəlki kimi yüksəksəviyyəli futbol sərgiləmək heç də asan deyil".

Afrikalı hücumçu komanda yoldaşı, hücumdakı tərəfdaşı Burak Yılmazdan da söz açıb: "Burak Yılmaz turnirin bombardirləri siyahısında liderliyi bölüşür.  Bunu isə sadəcə bəxtlə əlaqələndirmək olmaz. O əsl istedaddır. Onun hər hücuma qoşulması rəqib qapısı qarşısına təhlükəyə səbəb olur. Bizim bəxtimiz gətirib ki, o "Qalatasaray"da çıxış edir. Bir qədər də üzərində işləməkıə o səviyyəsini daha da artıra bilər". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30