18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Şeydayevin komanda yoldaşı mətbuata görə cəzalandırıldı

“Trabzonspor” klubu əsas heyətdən uzaqlaşdırdığı futbolçusu Mehmet Ekicini cəzalandırıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin icazəsiz olaraq, mətbuata danışması və klubun işgüzar nüfuzuna xələl yetirməsi olub. Qara dəniz təmsilçisi buna görə futbolçuya 500 min Türk Lirəsi cəza kəsib. Lakin futbolçu heç bir KİV-ə müsahibə vermədiyini və klubun qərarına etiraz edəcəyini bildirib.
 
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Ekici digər Super Liqa təmsilçisi “Fənərbaxça”ya keçmək istədiyi üçün müddətsiz olaraq, əsas heyətdən uzaqlaşdırılıb.
 
Maraq üçün əlavə edək ki, millimizin hücümçusu Ramil Şeydayev də “Trabzonspor”da çıxış edir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30