28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

DÇ-2018-in püşkü Kremldə atılacaq

Futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Kreml Qurultaylar Sarayında keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Baş nazir Dmitri Medvedevin keçirdiyi iclasda Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlama verib.

O, püşkatma mərasiminin bu il dekabrın 1-də baş tutacağını deyib: "FİFA-ya püşkatmanın Kremldə keçirilməsini təklif etdik. Bütün bunlar FİFA-nı qane edir. İndi isə püşkatma mərasiminə hazırlaşırıq".

Qeyd edək ki, DÇ-2018 Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Hazırda çempionatın ayrı-ayrı qitələr üzrə seçmə mərhələsi keçirilir. Avropa zonasında seçmə mərhələdə C qrupunda yer alan Azərbaycan millisi 4 oyundan sonra 7 xalla 3-cü pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31