26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Baş məşqçisi Kamran Ağayevin cəzasından danışdı

Millimizin qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanması ilə bağlı yazmışdıq.
 
Futbolxeber.az-ın məlumatına görə, “Boavişta”nın baş məşqçisi Migel Lil bu haqda danışıb. 51 yaşlı mütəxəssis qərara təəssüfləndiyini bildirib: “Kamranın cəzalanmasına görə təəssüflənirəm, bizim üçün ciddi itkidir. Ümid edirəm ki, onun yoxluğu meydanda hiss olunmaz. “Aroka” ilə oyuna yaxşı nəticə qazanacağımıza inanıram. Uğurlu oyunumuzu bu matçda da davam etdirmək istəyirik”.
 
Xatırladaq ki, "Benfika" ilə keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmanın final fitindən sonra Kamran Ağayevlə rəqib futbolçular arasında gərginlik yaşanıb. Matçın baş hakimi isə Kamrana münaqişədə iştirakına görə ikinci sarı vərəqəni göstəib. Federasiyanın İntizam Komitəsi isə millimizin qapıçısına 3 oyunluq cəza və 1530 avro cərimə kəsib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30