20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Xarici futbol

Ronaldo “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq

Bu gün “Qızıl top” mükafatının 2016-cı ildəki qalibi müəyyənləşəcək. Dünyanın ən yaxşı futbolçusu adına Kriştianu Ronaldo, Lionel Messi və Antuan Qrizmann namizəddirlər.

Futbolxeber.az saytının “Mirror”a istinadən verdiyi məlumata görə, “Qızıl top”u qazanmağa ən real namizəd olan Ronaldo mükafatın təqdimetmə mərasiminə qatılmayacaq.

Belə ki, 31 yaşlı futbolçu bu gün səhər saatlarında tədbirin keçiriləcəyi Parisə deyil, “Real”al birgə Klublarası dünya çempionatında iştirak etmək üçün Yaponiyaya yollanıb.

Ehtimalla görə, qalib elan olunacaq Ronaldo ilə ya canlı bağlantı yaradılacaq, ya da əvvəldən hazırlanmış material efirə təqdim olunacaq.

İddialara əsasən, cümə axşamı artıq Ronaldonun qalib kimi fotosessiyası Madriddə həyata keçirilib. Ulduz futbolçunun yeni imicini - saçlarının qızılı rəngə boyanmasını da məhz bununla əlaqələndirirlər.

Xatırladaq ki, “Qızıl top”un sahibinin adı bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək mərasimdə açıqlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30