18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

“Türk Telekom Arena”da duyğusal anlar

Türkiyə Superliqasını 14-cü turu çərçivəsindı keçirilən “Qalatasaray” - “Qalatasaray” matçından əvvəl “Türk Telekom Arena”da duyğusal anlar yaşanıb.

Futbolxeber.az saytının məlumatına görə, hər iki komandanın üzvləri dünən “Beşiktaş”ın stadionunda yaşanan terror aktına etirazlarını bildiriblər.

2 komandanın futbolçuları meydana qarışıq şəkildə əllərində “Terroru lənətləyirik” sözlərinin yer aldığı bannerlə çıxıblar. Futbolçular terror qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Ardınca “Qalatasaray” və “Qaziantepspor”un üzvləri meydanın kənarında qərarlaşan polislərə qərənfil təqdim edib, bağsağlı veriblər.

Digər tərəfdən “Qalatasaray”lı azarkeşlər 2 komandanın da futbolçularını tribunaya səsləyərək, birlik nümayiş etdiriblər. “Qalatasaray”ın kapitanı Selçuk İnan bir polislə tribunaya tərəf yollanıb və bu zaman bütün stadionda bir ağızadan “Türkiyə, Türkiyə” qışqırıb.

“Türk Telekom Arena”da yaşananlar zamanı bəzi azarkeşlər göz yaşlarını saxlaya bilməyiblər. Fanatlar terrora qarşı şərt şəkildə etiraz ediblər. Hər iki komandanın fanatları “Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndiriblər.

Matçın 12-ci dəqiqəsində Yasin Öztekin “Qalatasaray”ı hesabda önə keçirib. Öztekin dərhal tribunalara tərəf qaçaraq əsgər salamı verib. Daha sonra “Qalatasaray”lı futbolçu polisə yaxınlaşaraq onları qucaqlayıb. Öztekinin bu həkərəti alqışları qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30