7 Iyul 2026, Çərşənbə axşamı
PFL Xəyal Əliyevi mükafatlandırdı
“Neftçi”nin oyununda dava
"Kəpəz" Paçu ilə yolları ayırdı
DÇ-2026: 1/4 finalın 3 cütü məlumdur

Xarici futbol

“Aue”nin baş məşqçisi: “Nazarovun vəziyyətini bilmirəm”

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Aue”nin start heyətində meydana çıxmaq şansı əldə edib. Futbolxeber.az saytının məlumatına görə, buna səbəb “Hannover”lə qarşılaşma öncəsi iki yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidi.

Belə ki, “Aue”nin aparıcı oyunçularından Simon Skarlatidis və Fabio Kufmann zədəli olduqlarından, noyabrın 19-da II Bundesliqanın XIII tur matçını buraxa bilər. Baş məşqçi Pavel Doçev isə yerli mətbuata açıqlamasında son qərarını Nazarovun hazırlıq durumuna baxdıqdan sonra verəcəyini deyib: “Paskal Köpke Almaniyanın U-21, Dmitri Nazarov isə Azərbaycanın əsas millisinin düşərgəsindən qayıdıb. Onların hazırda nə durumda olduqlarını bilmirəm. Vəziyyətlərinə baxdıqdan sonra bir qərar verəcəm”.

Qeyd edək ki, bu mövsümdən “Aue”nin formasını geyinən Dmitri Nazarov əsas heyətə düşməkdə çətinlik çəkir (apasport.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31